Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIZMAR
sif. Çox qızğın, yandırıcı, qaynar. ..O, bu yırtıcı odların acıqlı qoynunda, mənasız cəhənnəmin qızmar dişlərində məhv olur. C.Cabbarlı. Şamama .. böyüyüb yaşa dolduqca çöl çiçəkləri kimi qızmar günəşin .. altında, təbiətin hər cürə tüğyanına öyrəşirdi. İ.Əfəndiyev. Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı. // is. Çox isti hava, havanın çox isti vaxtı. Yayın qızmarında, qışın şaxtasında həmişə çıl-çılpaq kürək çəkib, qan-tər içində olan bu bədbəxtlər ömürlük bu əzaba məhkum idilər. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....