Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIZMAQ1
f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. - Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən.
məc. Hirslənmək, hiddətlənmək. ..Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: - Bilmirəm, bu nə ölümdür... - demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal.
məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....