Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIZLIQ
is. 1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.
Bəkarət.
Biri tərəfindən övladlığa götürülmüş qız uşağı, yaxud ana ardınca bir kişinin evinə gətirilən qız uşağı. [Səkinə xanım:] Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....