Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIZIŞDIRMAQ
f. 1. Odun alovunu daha
da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar.
Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. - Qızışdırar bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Səhhət.
məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq. □ Müharibə qızışdıran - işğalçılıq müharibəsi təbliğ edən, işğalçı. Müharibə qızışdıranlar nə qədər fitnəkar olsalar da, onlar nə qədər qızğın təbliğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun. // məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq. - Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı.
məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq. Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi: - Bu yaramazı görürsünüzmü? Aylarca üzünü görməzdim; işi nə idi? Boş-boğazlıq. A.Şaiq. Usta nə qədər çalışdısa, arxitektoru qızışdıra bilmədi. M.İbrahimov.
məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq. [Vaqif:] Bunlar hamısı məliklərin işidir, - dedi, - xalqı qızışdırıb avara qoyurlar. Çəmənzəminli.
məc. Döymək, əzişdirmək. [Mərdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....