Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIZILQUŞ
is. zool. 1. Ov üçün istifadə edilən alıcı quş növlərindən biri. Qızılquşun ensiz və yığcam bədəni üzərində olan bir cüt ensiz qanad və uzun quyruq ona çox sürətlə və asanlıqla uçmağa imkan verir. “Zoologiya” . Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq. // İtigözlülük, cəldlik, çeviklik, qocalıq simvolu kimi. Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun. S.Vurğun. El içində artsın tayıntuşun sənin; Boş dönməsin ovdan qızılquşun sənin. M.Rzaquluzadə.
2. Qanadları qabıq kimi sərt, yaşıl, şəffaf, yumrutəhər bir cücü.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....