Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QIZARMIŞ

f.sif. 1. Çox qızmaqdan qırmızılaşmış, közərmiş, qıpqırmızı olmuş, köz bağlamış. Qızarmış dəmir. Qızarmış kömür.
Kürənin daşları pul kimi qızarmış, divarları qovrulurdu. Mir Cəlal. Od üstündə qovrulub qızarıncaya qədər bişmiş. Qızarmış ət, balıq. - [Məşədi Heydər] ..qolunu çırmayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qazanlar buğlanır, dadlı, qızarmış ət qoxusu ətrafa yayılırdı. M.Rzaquluzadə. Qırmızı olmuş, qırmızı rəng almış. Qızarmış yanaqlar. Qızarmış gözlər. - [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi. Tez-tez əsnəyirdi. M.Hüseyn. Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi. Mir Cəlal.
Yetişmiş, dəymiş. Qızarmış narları (almaları) dərmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....