Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QIVRAQ

sif. 1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. - Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş, zirək, yüngül. [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpəşin!.. Əziz, atı döy, sənin atın qıvraqdır.. C.Məmmədquluzadə. Adamlar aralanıb Tükəzbana yol verdilər. Tükəzban qıvraq (z.) atdan düşüb, şuraya daxil oldu. B.Talıblı.
2. Yüngül, kip, bədənə yapışan, hərəkətə mane olmayan (paltar, ayaqqabı və s. haqqında). Qıvraq paltar. Ovçular qıvraq (z.) geyinibyola düşdülər. - ..Qaçaqlar gəlirlər, amma qabaqlarınca bir ucaboylu, qıvraq (z.) geyinmiş yaraqlı, əsbablı oğlan gəlir ki, çox heybətlidir. M.F.Axundzadə. [Zaman] əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanlıbazlığa gedirdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....