İzahlı lüğət

QIŞ

is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. - Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. O, şaxta, boranlı qış da bitdi; Alqışladığım baharyetdi. A.Şaiq. Qərib qış axşamları yollara qar yağanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. □ Qış-yay (yaz) daima, həmişə, ilin bütün fəsillərində. Qışyay bu cür paltar geyir. - Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed