Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIRPMAQ
f. 1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. □ Göz qırpınca
bir anda, göz yumub açınca. Göz qırpmamaq - qorxmamaq, çəkinməmək. Ən qanlı savaşlarda qorxu bilməyən, ən müdhiş həqiqətlərlə üz-üzə gəldikdə gözünü belə qırpmayan Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq - gözlərini yummadan baxmaq. Cəlil başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə.. baxdı. M.Hüseyn. // Gözlərini zilləyib baxmaq, gözünü çəkməmək. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı.
Bir şeyin qıraqlarını, uclarını və s.-ni kəsib atmaq, kəsmək, vurmaq, balaca-balaca qoparmaq. Lampanın fitilini bir az qırpmaq lazımdır.
Dişləri, ya dimdiyi ilə dartıb qopartmaq. Qazlar otu qırpırdılar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....