Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
QIRMIZI
sif. 1. Qan rəngli; al. Qırmızı boya. Qırmızı şərab. - Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır. Çəmənzəminli. ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. Mir Cəlal. Günəşli günlərdə yerlərə səpilmiş yaşıl, qırmızı, sarı yarpaqlarla .. döşənmiş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı. M.Rzaquluzadə.
məc. Gözəllik, parlaqlıq, aydınlıq, fərəh doğuran şey mənasında. Yox olar qar, boran, günəş də doğar; Yetişər qırmızı, sevimli bahar. A.Şaiq.
Bax qızıl 3-cü mənada. □ Qırmızı qvardiya- bax qvardiya. // Is. mənasında, yalnız cəm şəklində: qırmızılar tar. - inqilabçılar, kommunistlər, inqilabi qoşunlar. Kremlin, o indi də qırmızılar oynağı; Neronların Roması yanında heçdir belə... A.Ildırım.
məc. Nəzakətsizlik dərəcəsində açıq; açıq danışan, sözü üzə deyən. Telli qırmızı (z.) danışmağı sevirdi. Ə.Vəliyev. // Tamamilə açıq, açıq-aydın, kobudcasına. ..Əgər baxıb görsən ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə “hileyi-siyasi” lərə əl ataq. Ü.Hacıbəyov.
Bəzi mürəkkəb terminlərin birinci tərkib hissəsi; məs.: qırmızı turp, qırmızı üskükotu, qırmızı şüalar.
□ Qırmızı ağac - qiymətli mebel və s. üçün istifadə edilən bəzi ağacların, xüsusilə tropik ağacların oduncağı. Qırmızı ağacdan qayrılmış mebel. Qırmızı guşə - b ax guşə. Qırmızı lövhə - bax lövhə. Qırmızı yumurta bayramı - b a x qızıl.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....