Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIRX
say. 1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. - Qırxında öyrənən gorunda çalar. (Ata. sözü).
2. Bir şəxsin ölümünün qırxıncı günü. Qırx bağla(t)maq - xalq adətincə ölən adamın qırx günü tamam olandan sonra ehsan verib yas məclisini bitirmək. Qırx saxlamaq (tutmaq) - xalq adətincə ölü üçün qohum-qardaşının qırx gün yas saxlaması. Qırx vermək - xalq adətincə ölən adam üçün qırxıncı gün ehsan vermək. Qırxı çıxmaq xalq adətincə ölən adam üçün saxlanılan yasın qırx gündən sonra qurtarması.
□ Qırx kötük dan. - qış qurtardıqdan sonra davam edən şaxta, soyuq. Qırxında yorğalamaq - çox yaşlı olduğu halda, cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlərdə olmaq.
qırx... - bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qırxayaq, qırxillik, qırxgünlük, qırxdərəcəli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....