Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIRAQ
is. 1. Bir şeyin kənarı, həddi, son xətti, yan tərəfi, yanı. Stolun qırağı. Bağlar yol qırağı ilə uzanıb gedir. - Sağ əlimi masanın qırağına dayayıb durdum. A.Şaiq. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. M. İbrahimov. □ Özünü qırağa vermək - kənara çəkilmək, bir yana çəkilmək. // Haşiyə, kənar. Bezin qırağı. Xalçanın qırağı. - Qırağına bax, bezini al. (Ata. sözü).
Sahil, kənar. Balıqçılar qayıq ilə qırağa çıxdılar. Dəniz qırağında gəzmək. - Gözüm yollarda qalmışdır; Xəbər yox Kür qırağından. S.Vurğun.
sif. Kənar, yad, özgə. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....