Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIPQIRMIZI
sif. 1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma. - ..Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm. □ Qıpqırmızı kəsilmək utanaraq üzü qızarmaq. Bu əsnada Kiçikbəyim içəri girdi, Vaqifi görüb utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib salam verdi.. Çəmənzəminli. Qıpqırmızı olmaq (qızarmaq) - utanaraq, yaxud acıqdan, pərtlikdən, həyəcandan sifəti qızarmaq. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. Zeynəbin yanaqları qıpqırmızı qızarmışdı; ürəyi də əsirdi. Qantəmir.
məc. dan. Tamamilə, apaçıq, açıqdanaçığa, qabacasına. Qıpqırmızı yalan.
zərf Həyasızcasma, utanmazcasma, yalandan. Qıpqırmızı üzünə durmaq. Qıpqırmızı danışmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....