Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIL
is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. - Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi. M.Rzaquluzadə.
□ Qıl kimi - çox nazik, çox incə. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim. Füzuli. Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır. H.Zərdabi. Qıl qədər - azacıq, lap az, zərrə qədər. Qıldan asılmaq - əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq. [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, deyirəm. Ə.Haqverdiyev. Qılı qıldan seçmək - incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək. Aralarından qıl keçməmək - çox yaxın, mehriban dostlar haqqında. ..Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....