Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QIÇ
is. 1. İnsan bədəninin, ombadan başlamış ayağa qədər olan və insanın yeriməsinə xidmət edən üzvü. Qıçları ağrımaq. Qıçları əyri. Qıçı sınmaq. - Bəhram arxası üstə sərilib, qıçlarını tamam uzatdı. Ə.Vəliyev. // Heyvanlarda eyni vəzifəni görən bədən üzvü. Atın dal qıçları qara, qabaq qıçları isə ağdır. - Tısbağa başını qınına çəkən kimi topal qıçını altına çəkib gizlətdi. Mir Cəlal.
2. Bir şeyin (mebelin və s.-nin) yerə dirənən hissəsi, duracağı. Stolun bir qıçı sınmışdır. - İndi də tövlənin bir küncünə atdığı sınıq-sınıq kürsünün qıçına mıx çalırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....