Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QƏZİYYƏ

is. [ər.] 1. Əhvalat, hadisə, vaqiə, təsadüf, macəra. [Vəzir:] A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. M.F.Axundzadə. Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, .. göz yaşları neysan yağmuru kimi tökülüb otları islatdı. S.S.Axundov. // İş, məsələ mənasında. Bu, həlli çətin olan bir qəziyyədir.
2. Məntiqdə: hökm, fikir, müddəa. ..Biz daima bir-birinə zidd olan iki qəziyyəni bir-birinə qarışdıraraq, bir qəziyyə saymışıq. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....