Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏVVAS
is. [ər.] köhn. Batmış şeyləri və s. çıxarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. // Klassik şeirdə və folklorda məcazi mənada işlənmişdir. Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən necoldu? (Qoşma). Atı minmişəm gəzməyə; Düşmən bağrını əzməyə; Tona çayını üzməyə; Qırat bir qəvvas olaydı. “Koroğlu” . Əgər qəvvas isən, üz arasına; Bir gör axır ondan gözlər, nə gözlər! Nəbati. Şayəd götürəm damənə ol dürri-yetimi; Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....