Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QƏTL

is. [ər.] 1. Öldürmə, öldürülmə. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. C.Məmmədquluzadə. Zamanovun qətli məsələsi getdikcə Dəmirovu hiddətləndirirdi. S.Rəhimov. □ Qətl etmək, qətlə yetirmək - öldürmək. Qətlə yetişmək öldürülmək. ..Məşhur yunan tarix yazanı Herodot.. Misirə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyi ilə tanıyıb. C.Məmmədquluzadə. [Qayadibi kəndinin] əhalisinin bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. S.S.Axundov. Qətli-am köhn. - ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi; kütləvi qırğın. Qətlinə fərman (vermək) - birinin öldürülməsi, edam olunması haqqında hökm, əmr (vermək). Natəvan, müjdə, bu gün qətlinə fərman gətirir. X.Natəvan. Bu xaki-siyəhdən başımız çərxə ucaldı; Ol lalərüxun qətlimə fərmanını görcək. S.Ə.Şirvani. ..Sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Ə.Haqverdiyev.
din. köhn. Məhərrəmlikdə düzəltdikləri imamların öldürülməsi hadisəsini təmsil edən tamaşa; şəbih (bu mənada çox vaxt “qətl” şəklində işlənir). Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görünürdü, əlvan geyimli şəbihlər bir tərəfə toplanıb, rollarını əzbərləyir. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....