Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏTİ
sif. və zərf [ər.] 1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. - Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: - Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə qəti bir ahəng və pıçıltı ilə: “Belə, ancaq belə!” - dedi. S.Rəhimov.
Son, axırıncı, həlledici. Qəti cavab. Onunla qəti danışmaq lazımdır. - Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. M.S.Ordubadi. Burlaxatun son qəti dəqiqələrin gəldiyini hiss edib, .. vəsfəgəlməz iztirablar çəkirdi. M.Rzaquluzadə.
Tam yəqinliklə, tamamilə, möhkəm surətdə. Qəti demək olar. // Tərəddüdsüz, sarsılmaz, möhkəm. [Barxudar] əlində paket iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi. Mir Cəlal.
Ən təsirli, ən şiddətli, ən kəskin, ən güclü. Qəti tədbir görmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla