İzahlı lüğət

QƏŞƏNG

sif. [fars.] Görünüşcə çox gözəl, bəzəkli, insanda bədii təsir oyadan. Qəşəng ev. Qəşəng mənzərə. Qəşəng paltar.
Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar kolun dalısında Sona xanım qəşəng səfər paltarını geymiş, .. o yan-bu yana baxır. M.F.Axundzadə. Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng. A.Səhhət. [Hüseyn] ikimərtəbə qəşəng bir evin qapısını qorxa-qorxa döydü. S.Rəhman. // Gözəl, zərif, incə, lətif, məlahətli. Qəşəng bədən. Qəşəng üz. Qəşəng saç. Qəşəng səs. - Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni. Qurbani. Batmış gör necə də qəşəng naxışlar vurub. İ.Əfəndiyev. // Çox yaxşı. Onun qəşəng üslubu var. // Zərf mənasında. Qəşəng oxumaq. Qəşəng geyinmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed