Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏRQ
[ər.] Adətən “etmək” , “olmaq” köməkçi feilləri ilə birgə işlənir. □ Qərq etmək - 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda). ..Bir də gördüm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Məmmədquluzadə; 3) məc. məhv etmək. Bu müsibət müharibə qızışdırıcılarını hökmən boğub qərq edəcəkdir. (Qəzetlərdən); 4) məc. Bir şeyin çoxluğunu ifadə edir. [Çimnaz:] ..Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı. [Kərim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq; 5) batırmaq, bulamaq. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi. Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Səhhət. Qərq olmaq - 1) batmaq. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn; 2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu. - Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(nı) .. axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi; 3) adətən tərkiblərdə işlənib Bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirir. Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir. Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir. Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqilətafət. A.Səhhət. Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. Çəmənzəminli. Afaqın solğun üzü göz yaşları içərisində qərq oldu. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....