Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏRİBLİK
is. 1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. - Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; Ikisi bir, üçü bir. R.Rza.
Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik. // Hüzn, ələm, kədər, qəmginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli.
□ Qəribliyə düşmək - qulaqardına vurulmaq, savılmamaq, əhəmivvət verilməmək. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu .. katiblə vidalaşmadan haraya isə getdi. M.Hüsevn. Qəribliyə salmaq - əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq. Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs” in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....