Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏRİBƏ
sif. [ər.] 1. Eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı. Qəribə söz. Qəribə əhvalat. - [Vəzir:] Mən istəyirəm ki, bayramda bir qəribə mintənə Şölə xanıma bağışlayım. M.F.Axundzadə. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyirdi. Şaiq. Bu köpəkdə qəribə bir hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib yaxına qoymazdı. S.S.Axundov.
Son dərəcə, olduqca, valeh edəcək dərəcədə. Sultanüşşüəra .. üzünü yoldaşlarına çevirib: - Qəribə gözəldir, bimisil qızdır, doğrudan, qəzəl deməyə layiqdir, - deyib yola düşdü. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla