Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏRAR2
is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani. □ Qərar tapmaq (tutmaq) - 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı; 2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı. Qərarım tutarmı onu anmasam; Onun xəyalıyla oda yanmasam? Ə.Cəmil. O, bir dəqiqə bir yerdə qərar tapmayaraq, sərbəst hərəkəti ilə öz azadlığını təsdiq etməyə can atırdı. Ə.Məmmədxanlı; 3) dayanmaq, yerləşmək, oturmaq. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu” . Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə əyləşib qərar tutdu. Ə.Haqverdiyev. Qərardan düşmək (getmək) - 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək; 2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi. Qərarı gəlməmək - səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi. Nəyə əl atırdısa, qərarı gəlmirdi. M.İbrahimov. Qərarı kəsilmək səbri gəlməmək, səbri kəsilmək; 2) taqəti kəsilmək. Qərarı üzülmək - b ax qərarı kəsilmək. Qərarını almaq - bax qərarını kəsmək. Qərarını kəsmək - səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək. Gər kəsməsəydi bülbüli-zarın qərarını; Olmazdı aqibət özü həm biqərar gül. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....