Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏNŞƏR
is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev. □ Qənşər gəlmək - üz-üzə gəlmək, rast gəlmək. Uğura qənşər gələsən, oğul, - deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə. // Qarşıda yaxşı görünən yer. [Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....