Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏMGİN
sif. [ər. qəm və fars. ...gin]
Qəmli, kədərli, tutqun, məyus, pərişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm. M.S.Ordubadi. Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi. M.Hüseyn. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim. // Zərf mənasında. Məmməd Həsən əmi qəmgin .. oturub, gözünü dikmişdi şəhər yoluna. C.Məmmədquluzadə. Nurəddin çox qəmgin evə qayıdırdı. Axundov. □ Qəmgin olmaq - kədərlənmək, tutulmaq, məyus olmaq, pərişan olmaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. Axundov.
2. Qəm doğuran, kədər gətirən, hüzn doğuran, həzin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə. - Hər tərəfə qəmgin sükut çökmüşdü. M.Hüseyn. Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəmgin qəbir daşları mavi bir pərdəyə bürünürdü. S.Rəhman.
qəmgin-qəmgin zərf Qəmli halda, həzinhəzin. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkanə, durnalar? M.V.Vidadi. Bu ellərin kefi onda saz olar; Siz, ey qəmgin-qəmgin ötən durnalar! S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....