Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏLİZ
sif. [ər.] 1. Qatı; duru olmayan. Qəliz mürəkkəb. - Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır edərəm. N.Vəzirov. Dərya suyunun duzu və özü də ağır olduğuna [görə] qəliz olur. H.Zərdabi.
Anlaşılması çətin olan, anlaşılmaz, çox mürəkkəb. Qəliz ibarə. Natiq çox qəliz (z.) danışdı. - [Dursun] ölmədiyini.. qəliz andlar ilə zor-güc Ballıya inandırdı. A.Şaiq.
Kəsif, sıx. Bir azdan sonra, uzaqdan qəliz toz dumanlarını .. pozaraq, kiçik bir dəstə göründü. M.S.Ordubadi. Elbanın arxasında bütün sahil boyu meşə yanırdı. Oradan gələn qəliz bir tüstü istehkamçıları öz pərdəsi altına alırdı. Ə.Sadıq.
Tünd, kəskin. ..Özü mənə yaxınlaşmadan əvvəl [ətrin] qəliz qoxuları məni əhatə etdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....