Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏLƏMKAR
is. [ər. qələm və fars. ...kar] Parça və s. üzərində incə naxışlar çəkən usta, nəqqaş.
2. Qıraqları haşiyəli və ortası güllü parça. Süfrə İsfahanda qayrılmış “qələmkar” adlı güllü bir parçadandı. M.S.Ordubadi. Əvvəlləri İrana səfər edərək, çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. // sif. Qıraqları haşiyəli və ortası güllü. Otaqları tərtəmiz süpürtmüş, sildirmiş, lazım olan .. bəzəyi vermiş, masa üzərində incə naxışlı qələmkar süfrə sərmişdi. A.Şaiq. Bu əsnada qələmkarpərdəli qapı açıldı. Çəmənzəminli. Bayram axşamının gecəsi bütün ailə evə toplanardı. Qələmkar süfrə ortalığa döşənərdi. H.Sarabski. // məc. şair. Qələm kimi düz və incə. Günəşüzlü, aycamallı; Qəddi qələmkar necoldu? Aşıq Hüseyn Cavan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....