Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏFLƏT
is. [ər.] 1. Qafillik, xəbərsizlik. Qılma bizi qəfilət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəfilət gözünü örtübdür. M.F.Axundzadə. Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. Qəflətdə olmaq - xəbərsiz olmaq, bilməmək. Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi.
Cəhalət, avamlıq. □ Qəflətdə saxlamaq - qəsdən ayılmağa, başa düşməyə qoymamaq, cəhalətdə saxlamaq.
Diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq. □ Qəflət eləmək (etmək) diqqətsizlik, qeydsizlik göstərmək; unutmaq, nəzərdən qaçırmaq; səhlənkarlıq etmək. [Ağa Kərim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəfilət eləməmək. M.F.Axundzadə.
□ Qəflət yuxusu - ətrafında baş verən hadisələrdən tam xəbərsizlik. Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəfilət yuxusunun səbəbi olfəsanədir. Füzuli. ..Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəfilət yuxusundan oyatdı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....