Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QƏFƏS
is. [fars.] 1. Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından düzəldilmiş, ya hörülmüş qutu şəkilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qəfəsə saldılar. - Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir tutuquşu vardır. M.S.Ordubadi. Quş, ayağını [cələdən] azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. S.S.Axundov.
məc. Həbs, həbsxana, zindan, dustaqxana mənasında. Ruzi-hicrandır, sevin, ey mürği-ruhim, kim, bu gün; Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm. Füzuli. Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs; Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. Gəlin, tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlayan səsi! S.Vurğun. Qəfəs kimi - cansıxıcı, darısqal (yer haqqında). Muğan düzündəki səssiz gecələr; Sıxdı Əmirxanı bir qəfəs kimi. S.Vurğun. Qəfəsdə saxlamaq - azadlıqdan məhrum etmək, dörd divar arasında saxlamaq. [Almaz:] Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq. C.Cabbarlı. Qəfəsdən azad olmaq - həbsdən azad olmaq, azadlığa çıxmaq, çətinlikdən qurtulmaq. Qəfəsə düşmək - tutulmaq, girə keçmək, tora düşmək, ələ keçmək. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yanbu yana çırpır. Ə.Haqverdiyev. Qəfəsə salmaq - həbsə salmaq, azadlıqdan məhrum etmək, dörd divar arasında gizlətmək. [Mələk] hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış quş kimi yaşayır. İ.Şıxlı.
□ Qəfəsə dönmək - son dərəcə zəifləmək, arıqlamaq, cansızlaşmaq. Onun bədəni bir qəfəsə dönmüşdür. Quru qəfəs - çox zəif, üzgün, cansız, arıq adam haqqında. Gördüm bu dünyanı - quru qəfəsdir; Bizlərə verdiyin ibrətli dərsdir.. N.Kəsəmənli. Döş (köks) qəfəsi anat. - skeletin, qabırğalardan ibarət olan içərisində ciyərlərin və ürəyin yerləşdiyi döş boşluğunu təşkil edən hissəsi. [Kişinin] pərələri genişləndi, sinəsi qalxıbendi, köks qəfəsi az qaldı partlasın. İ.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....