Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QƏDƏK

is. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. [Hacı Kərim] əvvəlləri İrana səfər edərək çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. [Gülnazın] əynində çiynindən dizinə qədər uzanan boz qədəkdən tikilmiş bir köynək vardı. M.İbrahimov. // Bu parçadan tikilmiş. Xudayar bəy karvansaranın qapısına yetişcək, içəridən bir alçaq, qədək arxalıqlı .. kişi çıxıb, qaşqabaqlı üz tutdu Xudayar bəyə. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....