Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QEYD2

is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. □ Qeydinə qalmaq - qayğısını çəkmək, fikrini çəkmək, dərdinə qalmaq, birinin taleyi üçün narahat olmaq. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub, öz canımızın qeydinə qalırıq. C.Məmmədquluzadə. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. M.S.Ordubadi. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. S.S.Axundov. Qeydini çəkmək- bax qeydinə qalmaq. Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz. M.V.Vidadi. Sən oğlunu məndən istə. Mənə vermisən, payımdır, qoy qeydini mən çəkim. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....