Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAZANMAQ
f. 1. İşləməklə, çalışmaqla əldə etmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. // Fayda götürmək, udmaq. Oyunu kim qazandı? Qazanc əldə etmək, qazanc götürmək. [Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, .. yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov.
Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq. - [fridun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov. Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn. // Yiyələnmək, sahib olmaq. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....