Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAZANC
is. 1. Qazanılan, əldə edilən şey; fayda, xeyir. Bundan heç bir qazanc yoxdur. Bunun qazancı nədir? - [Fatma xanım:] Mənim axır qazancım budurmu? N.Vəzirov. // Qənimət. Dünyadan xoş keçən bir gün aparaq; Qazancdır gəncliyin hər xoş nəğməsi. S.Vurğun.
İşləməklə, çalışmaqla əldə edilən şey, nəticə, səmərə. Öz əməyinin qazancını görmək. Qazanc dalısınca getmək. □ Qazanca çatmaq - 1) xeyir əldə etmək, fayda görmək. [Almaz:] Bu onun öz faydasıdır. Həm oxuyacaq, həm də qazanca çatacaqdır. C.Cabbarlı; 2) qazanmaq, qazanc əldə etmək. Əymə əyər, mənfəət ilə satar; Pul qazanar, yaxşı qazanca çatar. A.Səhhət. // Gəlir, mədaxil. [Heydər bəy:] Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola, çörək istəməzsənmi? M.F.Axundzadə. Atabala sözünə davam edərək: - Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, - dedi. A.Şaiq. Qoyulmuş xərc ilə əldə edilən gəlir arasındakı fərq; mənfəət. Mal satışından alınan qazanc. - [Hacı Qara:] Beş yüz manat nağd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harada görülübdür? M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....