Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QAYNAQ1

is. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. “Mərcan suyu” qaynağın; Ellər sənin oynağın; Nə gözəldir yanağın; Gəlin kimi baxan Kür! Ə.Cavad. Qaynaqdan bulandıran elə bulandırdı ki; Suyumuz durulmadı.
Vahabzadə. // Yerdən qaynayıb çıxan bulaq, çeşmə və s. Ağbulaq kəndinin aşağı səmtində, yaşıl meşəliyin içində qaynayan Turşsu qaynağı hamının diqqətini cəlb etməyə başladı. S.Rəhimov. Almalı, armudlu bu bağlar sənin; Səadət qaynaqlı bulaqlar sənin. Şəhriyar. // məc. Mənbə, mənşə mənasında. Sən öylə ziya qaynağısan, ey gözəl afət; Yandıqca o hüsnün şamı, pərvanə gülümsər. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....