Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAYA
is. 1. Daşlıq və sarp dağ; daşlıq uçurum, yarğan. [Aydəmir:] Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaylığa tamaşa edirdim. S.S.Axundov. Kimdir qartal kimi qayada yatan; Pəncəsi düşmənin gözünə batan? S.Vurğun.
2. Çox iri və sərt daş. Dəniz kənarında iri qayalar vardır. Qayıq qayaya toxunub parçalandı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....