Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QATMAQ
f. 1. Əlavə etmək, qoymaq, birləşdirmək, qoşmaq, içərisinə daxil etmək. Qoyunu sürüyə qatmaq. - Hər birinə ağır taylar çatdılar; Bizləyə-bizləyə köçə qatdılar. Q.Zakir. Gözəldir günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq. M.Müşfiq. Göz tək bulaqlardan buz tək suları; Axıdıb çaylara qatar, o dağlar. H.K.Sanılı. □ Qabağına qatmaq - bax qabaq2.
Qarışdırmaq. Sirkəyə su qatmaq. Südə su qatmaq. - Aşiqin cigər qanından şərbəti var, ey həkim; Qatma anın şəkkərinə qəndlə innablar. Nəsimi. Su, şaraq-şaraq axaraq, daşla qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. □ Qatıb qarışdırmaq - qarmaqarışıq etmək, bir-birinə qarışdırmaq, dolaşdırmaq. [Rəcəb:] O zaman balası da mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb qarışdırıb.. N.Vəzirov.
dan. Salmaq, soxmaq. Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə.
Bəzi isimlərin qabağına gətirilərək, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: pər qatmaq, şuluq qatmaq, əl qatmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....