Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QAŞIQ

is. 1. Duru, qatı və ya dənə halında olan xörəyi qabdan götürüb yemək üçün ağac və ya metal alət. Xörək qaşığı. Çay qaşığı. Taxta qaşıq. Gümüş qaşıq. - Ağsaqqal həkim qaşıq tapıb Dəmirova bir xörək qaşığı acı dərman içirtdi. S.Rəhimov.
Bir qaşıq dolusu, bir qaşığın tutduğu miqdar. Bir qaşıq dərman. Iki qaşıq un. □ Bir qaşıq məc. - bir az, cüzi miqdarda. Bir qaşıq şorba içdim. Bir qaşıq su ver. - Istilik, soyuqluq, qaranlıq, işıq; Azalmır bir qaşıq, artmır bir qaşıq... M.Araz.
mus. İçərisi xırda zınqırovlarla doldurulmuş, ağzı qapalı, iki iri qaşıq biçimli qabın silkələnməsi yolu ilə səslənən zərbli musiqi aləti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....