Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QARMAQ1
is. 1. Şey asmaq, yaxud qaldırmaq üçün ucu yuxarıya doğru əyilmiş qalın mıx, çəngəl. Əti qarmaqdan asmaq. Paltarı qarmaqdan asmaq.
Balıq tutmaq üçün ucu şiş çəngəl; tilov. Qarmaq atmaq (sallamaq) - balıq tutmaq üçün qarmağı suya salmaq. Bir az aralıda sakit gölün başında dayanan Əlyar qarmağı sallayır və çox gözlədikdən sonra qarmağın tərpənməsinə sevinir. S.Rəhimov.
İki şeyi bir-birinə ilişdirmək, bənd etmək üçün ucu əyilmiş dəmir alət, çəngəl. ..Durdum, getdim ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var. C.Məmmədquluzadə. [Usta Əsgər:] Elə diş var kəlbətin ilə çəkərlər, eləsi var maşın ilə çəkilir, eləsi də var ki, qarmaq ilə çəkilir. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....