Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QARĞA
is. Leş və böcəklərlə qidalanan iri, döşü boz qara quş. Qarğanın səsi çıxanda qar gələr. (Ata. sözü). Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Ə.Haqverdiyev. □ Qarğa-quzğun kimi tökül(üş)mək - bir şeyi götürmək, qamarlamaq; üstünə cummaq, yığışmaq, toplaşmaq. [Kərəmov:] Dayanın, dayanın, qarğa-quzğun kimi tökülməyin üstümə. S.Rəhman. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb, Şeyxi yatırtdılar. M.İbrahimov.
□ Qarğa beyni yedirmək - dəli etmək, ağlını almaq, başdan çıxarmaq. Aşkardır ki, matışka ona qarğa beyni yedirib. N.Vəzirov. [Tubu:] Kişi, deyəsən, sənə qarğa beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayıntuşundur, ona qız verirsən? Ə.Haqverdiyev. Qarğa beyni yemək - dəli olmaq, gicləşmək, sarsaqlamaq, başı xarab olmaq. [Dilbər xanım:] Çaxır içmisən, yoxsa qarğa beyni yemisən, məni evdən qovursan?.. Bəxtəvər başıma, altmış yaşında sahibim təzədən eşqə düşüb!.. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....