Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QARƏT
is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam edirdi. M.S.Ordubadi. □ Qarət etmək - 1) zorla və ya başqa bir vasitə ilə birinin var-yoxunu əlindən almaq; talamaq, çapmaq, soymaq. Onlar başıpozuqdurlar. Ola bilər ki, sənin kimi dinc adamları da qarət etsinlər. M.S.Ordubadi. Qaçaqlar tökülüb yolçuları qarət etdilər. Mir Cəlal;
məc. şairanə təşbehlərdə. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. Nə könül qoydu, nə can məndə, nə səbrü nə qərar; Etdi qarət məni, ol şahidi-yəğma kim idi? S.Ə.Şirvani. Mən aşıq qara tellər; Ağ üzdə qara tellər; Bir namərd bir namərdin; Omrünü qarət eylər. (Bayatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....