Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QARALAMAQ
f. 1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar. // Cızma-qara etmək.
Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı qaralayırdı. - Sərvərov tez stol yeşiyindən kağız çıxarıb əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. // Bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. Məqalənin mətnini qaraladım. Səhərdən axşamacan Dədə palıdın kölgəsində oturub kağız-kuğuz qaraladı. İ.Məlikzadə. Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərinə qaralayırdı. Ə.Məmmədxanlı.
Yazılmış vazının üstündən qələm çəkmək, pozmaq. Siyahıda adını qaraladılar. ..Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı. Mir Cəlal.
məc. Ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. Adamı qaralamaq yaxşı iş deyil. - Balaxanım Lələşova dedi: - Sən kiri, sən ona-buna söz atıb onubunu qaralama. S.Rəhimov. Tariximin neçəneçə varağını; ləkələdi; qaraladı. B.Vahabzadə.
İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. İzini qaralamaq.
dan. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. Burada toxumların yerini qaralamışıq. Çəpərin yerini qaralamaq. - Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, ən qoca palıdın hənirini eşidirdi. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....