Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAR
is. Qışda müxtəlif şəkillərdə, ən çox ulduz şəklində yağan və hər tərəfi örtən donmuş ağappaq su kristalcıqları. Qaryağır. Yumşaq qar. Sulu qar. Qar kimi ağ. Qar yığını. Qar yerin yorğanıdır. (Ata. sözü). Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qaryağırdı. S.Hüseyn. Qar anbarı - yayda işlənmək üçün qar saxlanılan yeraltı anbar. Qar çovğunu - bərk küləkli qar. Dondum heyrət içində iki ay ərzində siz; Min fəryadı dinləyib bir ah da çəkmədiniz! Bakıda qar çovğunu... pəncərə buz, şüşə buz; Gözləriniz mavi buz. X.Rza. Qar kimi - ağappaq, dümağ, süd kimi ağ. Ağarmış saçları dağda qar kimi; Ürəkdə həsrəti, dərdi var kimi.. S.Vurğun. Salatın isə geniş açılmış gözləri ilə qarşısındakı qocanın ay işığında qar kimi ağaran ağ saqqalına baxaraq, donub qalmış, sanki qızın nitqi tutulmuşdu. Ə.Məmmədxanlı. Qar olmaq - ağarmaq. Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu; Dünya mənim başıma; Nədən belə dar oldu? (Bayatı). Vaxtsız ayrılığa dözmədi qəlbi; Ağardı saqqalı, saçı qar oldu. S.Vurğun. Qar uçqunu - uca dağlarda qar yığınının altı əridiyi zaman, birdən aşağıya doğru sürüşüb enən qar yığını. Qarlı dağlar dumanlara bürünür; Parlayır, sislər içrə xoş görünür; Birdən ordan qar uçqunu uçdu; Bərk səs ilə guruldayıb düşdü. A.Səhhət. Əbədi qar - uca dağların başındakı əriməyən qar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....