Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAPAZ
is. 1. Əl ayası ilə başa vurma. Amma burada yenə bir az fikirləşirəm, fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı nə üçün ilişdirirdi. M.Ə.Sabir. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz vur. M.S.Ordubadi. Doğrudur, Mahmud arvadını çox sevirdi, .. amma bununla belə daima aldığı qapazlardan çox da məmnun olmazdı. B.Talıblı. □ Qapaz vurmaq (salmaq) - əl ayası ilə birinin başına vurmaq. Gör yağı oğurlayıb harasında gizləyib, - deyə [anası] Xanməmmədin başına bir cüt qapaz saldı. Çəmənzəminli.
2. məc. Zülm, təhqir mənasında. Ona ümid, mənə zor, amma demir kimə haqq? Əl-ayaq zəncirdədir, baş qapazlı, sinə dağ. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....