Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAPANMAQ
f. 1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. - Qapılar örtülüb qapanmışdır. A.Səhhət. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.
Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.
Tıxanmaq, kip bağlanmaq, tutulmaq. 0üşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).
Bitirilmək, dayandırılmaq, bağlanmaq. Iclas axşam saat 10-da qapandı. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq. Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. C.Məmmədquluzadə. Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı. M.S.Ordubadi.
Bayıra çıxmamaq, içəridə oturub qalmaq. Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq. M.S.Ordubadi. Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü. H.Nəzərli. // Sıxınmaq. [Duma] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. İ.Əfəndiyev.
Yıxılmaq. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn.
Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....