Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAPAMAQ
f. 1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq. // Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq. // Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. - Göz yaşı Bəyimi boğdu. Əlləri ilə gözlərini qapayıb hönkürdü. Çəmənzəminli. Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı. Ə.Məmmədxanlı.
Örtmək, keçilməz hala salmaq. Dərələrin sel oyan yerlərindən başlamış ta sinələrinə qədər seyrək tikan kolları qapamışdı. S.Rəhimov.
Üstünə pərdə, örtü və s. çəkmək; gizlətmək, görünməz hala salmaq. [Gəlin] bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı. Çəmənzəminli. Üzüldü əlləri sükandan, aman; Qapadı hər şeyi qatı bir duman. M.Rahim.
Deşiyi tutmaq, tıxamaq, kip bağlamaq. Şüşənin (quyunun) ağzını qapamaq.
Uclarını, kənarlarını, son nöqtələrini birləşdirmək. Dairəni qapamaq.
Bağlamaq, bitirmək, fəaliyyətini dayandırmaq. Iclası qapamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla