Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAN-YAŞ
is. Göz yaşı, ağlama, yas. Qan-yaş axıtmaq (tökmək) - çox ağlamaq, çox kədərli olmaq, çox təəssüflənmək, yasa batmaq. Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən; Qan-yaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. Qoymayın ki, qan-yaş töküb ağlasın; Bu yaralı ana vətən, durnalar! S.Rüstəm. // Müsibət çəkmək, ağır, məşəqqətli həyat keçirmək, zülm çəkmək. Bəylik olan zamanda; Bizim Azərbaycanda; Qan-yaş tökən çox imiş; Dadə yetən yox imiş. H.K.Sanılı. Qan-yaş içində olmaq - ağlamaq, yasa batmaq, yaslı olmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....