Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QANUN1
is. [ər. əsli yun.] 1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət etmək. Qanunu pozanlar məsuliyyətə cəlb olunurlar. Vergi haqqında qanun. □ Qanun xaricində rəs.
hüq. - qanunların himayə və mühafizəsi xaricində. Qanuna salmaq - bir şeyə qanuni, rəsmi bir şəkil vermək. Qanuni-əsasi köhn. əsas qanun, konstitusiya. [Mehman] qanuniəsasidən başlayaraq .. vətəndaşlara verilən böyük hüquqlardan danışdı. S.Rəhimov. // Ciddi əmr, hökm, buyuruq. 0ad olmayın, ey sevgili millət vükəlasi; Osmanlıda cari ola qanuni-əsasi! M.Ə.Sabir.
Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları. Imla qanunları. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. Ictimai inkişaf qanunları. Təbiət qanunları. Təfəkkür qanunu. Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....