Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QANSIZ
1. sif. Qanı az olan, zəif, cansız. // Qanı qaçmış, rəngi qaçmış, solğun. Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.
zərf Qan tökülmədən, qurban verilmədən. [Zeynəb:] Azadlıq qansız və qurbansız qazanılmaz. M.S.Ordubadi.
məc. Rəhmsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar. Nə qansız adamsan, a kişi! Mir Cəlal. // Qeyrətsiz, şərəfsiz, vicdansız. [Salman:] Bizi, öz yoldaşlarını, lap açığı, öz qardaşını təhlükədə qoyub qaçar qədər qansız zənn edirsən? C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....