Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QANE
[ər.] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm. □ Qane etmək - kifayətləndirmək, razı etmək, təmin etmək, inandırmaq. Arazı bu cavab qane etmədi. A.Şaiq. Bütün hücum növləri içərisində Ulduzu ən çox qane edən tank hücumları idi. Ə.Məmmədxanlı. Qane olmaq - kifayətlənmək, razı olmaq. Aza qane olmayan çoxa yetişməz. (Ata. sözü). [Ağa Mərdan:] Ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan. M.F.Axundzadə. Tapmasan saf dürrə, ol qane; Ki, sənə kimsənə deyil mane. S.Ə.Şirvani. Leytenant xəyalında kapitanı dinləyir, onun dəlil və sübutları ilə qane olmayaraq, ürəyində kəskinliklə danışırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....